Kişi öz evində ölü tapıldı

Kişi öz evində ölü tapıldı
  22 Fevral 2016    Oxunub:2424
Gəncədə mənzildən meyit tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə regional mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açmış və 1941-ci il təvəllüdlü Səfərov Yusif Məhi oğlunun meyitini aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 02:39-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti