Ana oğlunu boğaraq öldürdü - Gəncədə dəhşətli qətl

Ana oğlunu boğaraq öldürdü - Gəncədə dəhşətli qətl
  22 Fevral 2016    Oxunub:6374
Gəncədə dəhşətli qətl hadisəsi baş verib.
Gəncə Şəhər Prokurorluğundan AzVision.az-a verilən xəbərə görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova oğlu - 9 aylıq Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

Hadisə barədə məlumat alan hüquq-mühafizə orqanı əməkdaşları övladını öldürən Mətanət Hüseynovanı saxlayaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Hadisəni törədən qadının psixi problemlərinin olduğu bildirilir.

İlkin Nəcəfzadə

AzVision.az


Teqlər:  





Xəbər lenti