İlhamə Quliyeva dünyasını dəyişdi

İlhamə Quliyeva dünyasını dəyişdi
  25 Fevral 2016    Oxunub:28998
Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.

Bu baədə AzVision.az-a prodüsser Tarix Əliyev (Tolik) məlumat verib.

Bildirib ki, Xalq artistinin bu gün səhər saatlarında halı pisləşib. Onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

İ.Quliyeva 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. O, bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:  





Xəbər lenti