Xalq artistinin ölüm səbəbi açıqlandı - FOTOLAR
“Onun böyrəklərindən biri sıradan çıxmışdı. Bundan əlavə şəkəri də vardı. İlhamə xanım özünü pis hiss edirdi. Onun həmçinin ürəyində də problemlər var idi”.
Ə.Mirəliyevin sözlərinə görə, bu gün səhər saatlarında halı pisləşən İ.Quliyeva ilk olaraq ona xəbər verilməsini istəyib: “Səhər narahat olduqdan sonra məni çağırmağı tapşırıb. Mən də Mərdəkandan yuxulu-yuxulu durub gəlmişəm”.
***
Əli Mirəliyev AzVision.az-a açıqlamasında xalq artistinin ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib. Onun sözlərinə görə, bu barədə ilkin müayinədən sonra həkimlər rəy verib.
Xalq artistinin oğlu Orxan Nadirov isə jurnalistlərə açıqlama vermək istəmədiyini, özünü pis hiss etdiyini deyib.
AzVision.az