Arvadını öldürüb, özü ilə birgə yandırdı - Yenilənib

Arvadını öldürüb, özü ilə birgə yandırdı - Yenilənib
  28 Fevral 2016    Oxunub:5566
Tovuzda ərlə arvadın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın Tovuz rayon hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 64 yaşlı Novruz Hüseynov bıçaqla həyat yoldaşı 57 yaşlı Sevda Hüseynovanı qətlə yetirdikdən sonra onu həyətdə olan yardımçı tikiliyə aparıb. Tikilidəki qaz sobası vasitəsi ilə otağa od vuraraq, özünü və həyat yoldaşının meyitini yandırıb.

Novruz Hüseynovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

***

AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Qovlar qəsəbəsinin İntizam Əliyev küçəsində Yolçu Hüseynova məxsus çörək bişirilən yardımçı tikilidə yanğın baş verib.

Hadisə nəticəsində N.Hüseynov və həyat yoldaşı S.Hüseynova yanaraq vəfat edib.

Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti