Bakıda daha bir avtobus qəzası - Ölən var

Bakıda daha bir avtobus qəzası - Ölən var
  28 Fevral 2016    Oxunub:4008
Bu gecə Bakıda ağır yol qəzası baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində, Parlament prospektində 63 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ana və qızını vurub. Nəticədə ağır xəsarət alan 36 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Onun 16 yaşlı qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti