`Boşanmasan, ərini öldürəcəyəm` - Evli qadını hədələdi

`Boşanmasan, ərini öldürəcəyəm` - Evli qadını hədələdi
  29 Fevral 2016    Oxunub:17458
Bakı sakini tanışı, Türkiyə vətəndaşı tərəfindən hədələnməsi ilə bağlı polisə müraciət edib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Abbasova Leyla Sakit qızı (ad və soyad şərtidir) şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, Türkiyə vətəndaşı olan Mustafa adlı şəxs onu hədələyir.

27 yaşlı qadın ərizəsində bildirib ki, həmin şəxs ondan həyat yoldaşından boşanaraq onunla evlənməsini tələb edir. Əks halda həyat yoldaşını da, qardaşını da öldürəcəyini deyir.

Qadın əlavə edib ki, Mustafa onu keçən il noyabrın 5-dən bəri təhdid edir. O, sms-ləri polisə təqdim edib. Araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti