Qənirə Paşayeva Türk dünyası mediasına səsləndi
Diplomatların, araşdırmaçı və KİV təmsilçilərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili bildirib ki, Türkiyə və bütün Türk dünyası KİV-ləri Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə daha fəal olmalıdırlar.
- ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Onların Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın daha da həddini aşmasına, təxribatları davam etdirməsinə səbəb olur,- deyən Q.Paşayeva Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Millət vəkili qondarma “erməni soyqırımı”na qarşı mübarizədə də Türk dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq, jurnalistlər də daxil olmaqla hər bir insanı erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb.
Teqlər: