92 yaşlı kişinin başını kəsən şəxs axtarılır

92 yaşlı kişinin başını kəsən şəxs axtarılır
  01 Mart 2016    Oxunub:1481
Daxili İşlər Nazirliyi Göygöl rayonunun Çaykənd kəndində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə əsasən fevralın 29-da Göygöl rayonunun Çaykənd kəndində yaşayan 92 yaşlı Kamil Məmmədovun baş və boğaz nahiyələrində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evində tapılıb.

Göygöl RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti