Qonşusunu bıçaqlayan məktəb direktoru intihar etdi (Yenilənib)

 Qonşusunu bıçaqlayan məktəb direktoru intihar etdi (Yenilənib)
  02 Mart 2016    Oxunub:3687
Lerik rayonunda qonşusunu bıçaqlayan kənd orta məktəbinin direktoru intihar edib.
Adil Rəhimovun meyiti qardaşı, şəhid Valeh Rəhimovun qəbrinin üstündə aşkarlanıb. Veri-Əliabad kənd orta məktəbi intihar edən direktorun qardaşı Valeh Rəhimovun adını daşıyır.



**

Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb. AzVision.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.

Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti