Yeyib-içib dostlarını meşədə basdırdılar - Qətlin təfərrüatları (VİDEO)
Rayonun "Kəhriz Bulağı" adlanan ərazidə birgə yeyib-içdikdən sonra Cavid Cəfərov küt alətlə Eldar Əliyevə xəsarət yetirib və sonuncu hadisə yerində dünyasını dəyişib. Cavid Cəfərov həmkəndliləri ilə əlbir olaraq meyiti rayonun Axarca kəndi ərazisinə apararaq meşədə basdırıblar. Hüquq- mühafizə orqanları sözügedən ərazidən meyit çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov bildirib ki, Göygöl rayonunun Axarca kənd inzibati ərazisində insan meyiti olması barədə rayon polis şöbəsinə və prokurorluğa daxil olan məlumat əsasında qeyd edilən ünvana baxış keçirilib: `Həmin ərazidə Əliyev Eldar Heydər oğlunun torpağa basdırılmış meyiti aşkar olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır`.
Göygöl rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Cavid Cəfərov və Qoçu Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Digər iki nəfər Xəyal Məmmədov və Aqil Rüstəmovun tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.(Kəpəz TV)
AzVision.az
Teqlər: