İki Əli

İki Əli
  04 Mart 2016    Oxunub:4871
Mehman Muradlı

İlhamə Quliyeva vəfat etdi. Bundan sonra həngamə başladı. Həngamənin səbəbi mərhumənin mirası oldu.


Mərhumənin qohumu, müğənni Əli Mirəliyev İlhamə xanımın rəsmi (?) övladının olmamasından danışdı. Ara qarışdı, partiyalar bir-birinə dəydi. Partiyaların bir hissəsi Əli Mirəliyevi müdafiə etdi, bir hissəsi də mərhumənin oğulluğu Orxanı. Hətta müdafiə və hücum elə bir formada quruldu ki, oxucu özünü məhkəmə zalında iddiaçıyla cavabdehin davasına baxmış kimi hiss elədi.

Məhkəmə zalında isə iddiaçı-cavabdehlərin sayı günü-gündən çoxalır. Hələlik hakimsiz keçirilən məhkəmə iclası tərəflərin qarşılıqlı təhqirlərilə müşaiyət olunur. Tamaşaçılar isə səbirsizliklə “qaydasız döyüş” səhnəsini gözləyirlər.

Əli Mirəliyev olmasaydı, insanlarımız bu şoudan xəbərsiz olacaqdı. Əli Mirəliyevin isə məqsədi var: maddiyyat. Adam istənilən formada bu məsələdən uduşla çıxacaq.

Əli Mirəliyevin dili “şirin” olduğundan “R” hərfini “L” kimi tələffüz edir. Oxuduğu ən məhşur mahnı “Yaraşaydım” mahnısıdır.

Əli Mirəliyevdən danışdıq, yadıma adaşı Əli Kərimli düşdü.

Nə qədər istədimsə bu adaşlar arasında fərqli cəhətləri tapam, mümkün olmadı. Hər ikisinin əlində mikrofon, hər ikisi şou adamı, hər ikisi pula görə istənilən saçyolduya girə biləcək potensialda.

Amma sonda bir neçə fərqi tapdım. Mirəliyevin ağzından “gül” tökülür, Kərimlinin barmağından. Mirəliyev təhqiri dilinə, Kərimli isə əlinə alır.

Bir fərq də ondan ibarətdir ki, Mirəliyev təhqiri öz diliylə deyir. Kərimli isə öz əlinə aldığı təhqirin bir hissəsini zombi ətrafının əlinə verməklə bu işi həyata keçirir.

Elə bil, bir biriylə yarışı giriblər. Adaşlar dayana bilmir. Bunlarda təhqir patologiyadır. Əxlaq Çatışmazlığı Sindromundan əziyyət çəkirlər. Patologiya isə müalicə olunmur, cəmiyyətin qarayarasıdırlar.

Bu adamların qarayarası septikdir. Yoluxucudur. Bunun isə müalicəsi yoxdur. Qarayaranın septik formasının bagırsaq variantı qəflətən başlayır. Qarında kəskin iti ağrılar meydana çıxır, ona ürəkbulanması, ödlə qarışmış qanlı qusma, qanlı ishal qoşulur. Bu zaman bədən hərarəti 39-40°C-dək yüksəlir, həyəcanlanma və eyforiya, sayıqlama, qıcolmalar olur. Xəstəlik 1-4 gün davam edir və ürək çatışmazlığından ölümlə nəticələnir.

Xəstə son dərəcə nadir hallarda sağalır. Amma nədənsə bu manıslara illərdir süni nəfəs verməklə ömürlərini uzadırlar.


Teqlər:





Xəbər lenti