Evlənmək istəyən 6228 nəfərdə xəstəlik aşkarlanıb
Onun sözlərinə görə, müayinədən keçən 48 cütlüyün hər ikisində qan xəstəliyi aşkar edilib: “Bunlardan 4-5 cütlük nikaha daxil olmaqdan imtina edib. Xəstə cütlüklərdən ailə quranlar da var ki, hətta onlarda hamiləlik müşahidə edilir. Həmin cütlüklər bizə müraciət edir və onların genetik müayinəsi aparılır. Fevralın 23-də ilk dəfə olaraq Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb. Həmin döldə xəstəlik aşkarlanıb. Gənclərə bu barədə məlumat verdik və xəstəliyin ciddiliyi onlara izah olundu. Onlar hamiləliyi pozmağı qərara aldılar”.
Onun sözlərinə görə, son illər qan xəstəliklərinə yoluxanların sayı azalıb.
“Dünya statistikasına baxsaq, görərik ki, hər il leykozla xəstələnmə 100 min nəfərdən 9-13 nəfərdə aşkar edilir. Amerikada bu göstərici daha yüksəkdir. Orada 100 min nəfərə 30 xəstələnmə halı qeydə alınır. Bizdə isə hər 100 min nəfərə 4-5 xəstələnmə halı düşür. Xəstəliyin aşkar olunması xəstəliyin artması demək deyil. Əslində şəraitin yaxşılaşdırılmasıdır ki, xəstəlik ilkin mərhələdə aşkarlanır ”-deyə Zöhrə Əlmirzəyeva bildirib.
Direktor əlavə edib ki, 9 ay ərzində 71 nəfərdə QİCS, 328 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə, həmin cütlüklərlə məlumat verilib.
Gültəkin Ələsgər
AzVision.az