`Opel` `KamAZ`la toqquşdu, ölən var

`Opel` `KamAZ`la toqquşdu, ölən var
  04 Mart 2016    Oxunub:1537
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 4-də saat 01 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində Culfa rayon sakini Elşad İmanovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Habil İsmayılovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə E.İmanovun sərnişini, Müşfiqabad qəsəbə sakini Elməddin Rəsulov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti