Aşıq Azər ağır vəziyyətdədir: `Dözə bilmirəm...`
“Bədənimdə piylənmə dayanıb. Ayağımda olan şiş isə dayanmadan böyüyür. Buna görə də xəstəxananı dəyişmək məcburiyyətində qaldıq. Xəstəxanaya yerləşdikdən sonra növbəti müayinələr aparılacaq. Şişin artması ayağıma güclü ağrılar verir. Ağrılar o qədər dəhşətlidir ki, dözə bilmirəm”-deyə aşıq bildirib.
Qeyd edək ki, Aşıq Azər 3 ildir ki, “Hepatit” xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş var. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir. Xəstəliyin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.
Şahanə Rəhimli
AzVision.az