`Afaq Bəşirqızı özünü yaxşı hiss edir` - Açıqlama
“Əməliyyatdan sonra Afaq Bəşirqızı özünü nisbətən yaxşı hiss edir. Əməliyyat uğurla başa çatıb. Səhhətində heç bir problem yoxdur, durumu həkimlər tərəfindən nəzarətdə saxlanılır”-deyə bildirilib.
Qeyd edək ki, xalq artistinin cərrahiyyə əməliyyatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən həyata keçirilib.
Xalq Artisti Afaq Bəşirqızının səhhəti ilə bağlı məsələlər Azərbaycanın birinci xanımının himayəsinə götürülüb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: