Aktyorun son sözü: `Məni tək qoymayın, ölmək istəmirəm`
“7 il bundan öncə həyat yoldaşım insult keçirmişdi. Həmişə onun səhhətini nəzarətdə saxlayırdım. Xəstəliyi ilə bağlı harasa tək getməyə qorxurdu. Dünən axşam onu bulvara gəzməyə apardım. Gəzdik. Axşam gəlib yuyundu, sonra mənimlə söhbət etdi.
Səhər saat 5-də məni çağırdı ki, “Sevil, gəl yanıma, yıxılmışam“. Tez yanına qaçdım. Həkim və qonşuları çağırdım.Təzyiqi 200-ü keçmişdi.
Elə çabalayırdı ki, onu dayanadıra bilmirdik. Səhər saat 7-dən sonra komaya düşdü. Günortaya doğru isə həyat yoldaşım keçindi. O, çabalaya-çabalaya deyirdi ki, “məni tək qoymayın, ölmək istəmirəm“.
Mən bütün jurnalistləri onun sabah keçiriləcək yas mərasiminə dəvət edirəm. Qoy, onun ruhu şad olsun, hörmətli dəfn olunsun. O illərdir bu sənətdə çalışıb, əziyyət çəkib”,-deyə Sevil Qasımova söyləyib.
Qeyd edək ki, A.Qasımov 1950-ci ildə anadan olub. O, 30-dən çox televiziya tamaşası və bədii filmlərdə irili-xırdalı rollar ifa edib. Azərbaycan Dövlət Televiziyasının “Uşaq və gənclər” redaksiyasında çalışıb. O, “Milli bomba”, “İstanbul reysi”, “Yerlə göy arasında” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.
Şahanə Rəhimli
AzVision.az