Küçə süpürən, limon satan qadınların `bayramı` - FOTOLAR

Küçə süpürən, limon satan qadınların `bayramı` - FOTOLAR
  08 Mart 2016    Oxunub:20023
8 Mart xanımların bayramıdır. Dinindən, dilindən, milli mənsubiyyətindən aslı olmayaraq bu gün bütün xanımların özəl günü kimi qeyd edilir.

Ölkəmizdə də 8 Mart bayramı özünəməxsus təntənə ilə keçirilir. İmkanı olan bəylər xanımlara hədiyyələr alır, onları restoranlara dəvət edərək bayramın dadını çıxarmağa çalışırlar.

İmkanı olmayanlar isə xoş sözlərlə xanımların könlünü oxşayır.

8 Mart bütün qadınların bayramı olsa da, bu xoş gündə təbrikdən, hədiyyədən əlini üzüb zəhmətlə çörək pulu qazanan qəhrəman xanımlarımız da az deyil.

Əllərində gül buketləri, bahalı hədiyyələrlə paytaxt küçələrində gəzən qızlardan fərqli olaraq, onlar bayramı küçələrdə çörək pulu qazanaraq qeyd edirlər.

Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti