Qubada 9 otaqlı ev yanıb

Qubada 9 otaqlı ev yanıb
  09 Mart 2016    Oxunub:1454
Qubada yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 12 kv.m olan 1 otağın döşəməsi 3 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti