Bakıda qadın müəllimi döydülər
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 245 nömrəli tam orta məktəbin texnologiya müəlliməsi Əhmədova Qənimət İmran qızının döyülməsi ilə bağlı İdarəyə heç bir məlumat daxil olmayıb. Ancaq 245 nömrəli məktəbdə fəaliyyət göstərən Əhmədova Qənimət İmran qızının şagirdə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə valideyn şikayəti daxil olub. Bu barədə BŞTİ-nin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb.
BŞTİ-dən o da bildirilib ki, hazırda hüquq mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər sözü gedən müəllim müvəqqəti işdən kənarlaşdırılıb.(Lent.az)
AzVision.az
Teqlər: