Bakıda maşın yandı - 2 nəfər xəsarət alıb

Bakıda maşın yandı - 2 nəfər xəsarət alıb
  09 Mart 2016    Oxunub:1651
Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yangın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti