Şirvanda zibillikdən uşaq meyiti tapılıb

Şirvanda zibillikdən uşaq meyiti tapılıb
  11 Mart 2016    Oxunub:1738
Şirvan şəhərində yerləşən məişət tullantıları poliqonunda yerli sakinlər tərəfindən yeni doğulmuş uşaq meyitinin tapılması barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.
AzVision.az-ın APA-ya istinadla verdiyi məlumata görə, körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı Şirvan polisi araşdırma aparır.

AzVision.az


Teqlər:





Xəbər lenti