İki ayda 267 yol qəzası: 78 ölü, 287 yaralı
İki ay ərzində piyadalarının vurulması ilə nəticələnən 115 qəzada 40 piyada dünyasını dəyişib, 80 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma nəticəsində qeydə alınmış 97 qəzada 29 nəfər dünyasını dəyişib, 114 nəfər yaralanıb. Sürət həddinin aşılması nəticəsində baş vermiş 62 qəzada 25 nəfər dünyasını dəyişib, 53 nəfər yaralanıb. Sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı baş vermiş 5 qəzada 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
2 ay ərzində avtobus sürücüləri tərəfindən 20 qəza törədilib. Qəzalarda 8 ölüm, 16 yaralı faktı qeydə alınıb. Yük avtomobili idarə edən sürücülərin törədikləri qəzaların sayı 16, qəzada ölənlərin sayı 6, xəsarət alanların sayı 14 nəfər olub.
Uşaqların iştirakı ilə bağlı baş vermiş qəzalarda 4 azyaşlı dünyasını dəyişib, 22 uşaq xəsarət alıb. Ölənlərin 2-si piyada, 1-i sərnişin, 1-i velosipedçi olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 2 ayı ərzinsə qəzaların sayı 106, qəzada ölənlərin sayı 74, xəsarət alanların sayı 287 fakt azalıb.
AzVision.az
Teqlər: