Yasamalda civə həyəcanı

Yasamalda civə həyəcanı
  13 Mart 2016    Oxunub:2057
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub.

FHN-dən AzVision.az-a verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 15:30-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti