Lənkəranda ağır qəza: 4 yaralı
Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan "BMW" markalı, 10-TV-358 dövlət nömrə nişanlı minik avtomobili "Volkswagen Passat" markalı, 07-BF-192 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Onların səyləri ilə hər iki avtomobildən 4 yaralı çıxarılaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına təhvil verilib.
Hazırda qəza yerində araşdırma aparılır. (Apa)
Teqlər: