Şabranda ev yanıb

Şabranda ev yanıb
  15 Mart 2016    Oxunub:1406
Şabran rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, rayonun Uzunboyad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti