Hava pisləşir - Qar yağacaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 15-də arabir yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
AzVision.az