Gəncədə bıçaqlanan qız rəqqasə olub - Foto
Nuriyyə Cabbarova - zərərçəkən: "Dəfələrlə məni təhdid edirdi, axtarırdı, vururdu. Bu gün də toydan, işdən çıxırdım, bir yer var, oradan anama kətə almağa getmişdim. Oradan çıxanda iş yoldaşım Samir maşınla məni evə aparmaq istədi, o da gəldi, maşının qapısını açdı, mənə yumruq vurdu. Mən üzümü çəkəndə qolunda bıçaq gizlətmişdi, üzümdən vurmaq istəyəndə maşından o tərəfə keçdim və qıçımdan vurdu".
Yaralı dərhal yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və ona ilkin tibbi yardım göstərilib.
Mehman Hüseynov - həkim: "Sağ baldırın ön iç hissəsinin orta üçdə birinin deşilmiş, kəsilmiş yarası ilə daxil olub. Xəstənin ümumi vəziyyəti stabildir, hal-hazırda şöbəmizdədir, yardım olunub. Həyatına qorxu yoxdur".
Hadisə yerindən qaçan Oruc Quliyevin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Qeyd edək ki, hər iki şəxs şəhərin şadlıq saraylarından birində rəqqas işləyir.
AzVision.az