17 yaşlı qız toy gecəsi niyə öldürüldü? - Təfərrüat

17 yaşlı qız toy gecəsi niyə öldürüldü? - Təfərrüat
  18 Mart 2016    Oxunub:8536
Ucarda öldürülən Səbinə Rəhimovanın qətlinin təfərrüatı məlum olub.
Belə ki, anası milliyətcə rus olan 17 yaşlı Səbinə Rəhimova Rusiya Federasiyasında anadan olub və orada yaşayıb. Anası vəfat etdikdən sonra isə internat məktəbində qalıb. Daha sonra Səbinə Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb və təxminən 1 il əvvəl atası onu Rusiyadan Azərbaycana gətirib. Səbinə Ucar rayonununda Ramil Nəsirov adlı bir oğlanla tanış olub.

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin qan içərisində olduğunu görüb. Ağır yaralanmış Səbinəni xəstəxanaya çatdırsalar artıq gec olub.

Hazırda faktla bağlı cinayət işi açılıb.Araşdırma gedir. (Femida.az)

AzVision.az



Teqlər:  





Xəbər lenti