Bakıda avtobusu qəzası, ölən və yaralananlar var

Bakıda avtobusu qəzası, ölən və yaralananlar var
  19 Mart 2016    Oxunub:3132
Bakıda daha bir avtobus qəzası baş verib.
AzVision.az xəbər veri ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub.

Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti