`Vurulacaqsınız, batacaqsınız, satacaqlar...` - Millət vəkilindən qeyri-adi təbrik

`Vurulacaqsınız, batacaqsınız, satacaqlar...` - Millət vəkilindən qeyri-adi təbrik
  20 Mart 2016    Oxunub:3974
Millət vəkili Sahib Alıyev öz facebook profilində qeyri-adi bayram təbriki paylaşıb.

- Həyat elədir ki, yaşadıqca onun hər üzünü görürsən və görməlisən də,- deputat yazıb,- İtkilərlə üzləşəcəksiniz. Ən çox qəm- kədər itirməyinizi arzulayıram! Nəyinizsə mütləq oğurlanacaq. İstəyirəm tənhalığınız oğurlansın. Göz yaşı tökəcəksiniz. Tökəndə düşmən kədərlənsin, dostlar sevinsin. Büdrəyəcəksinz. Büdrəyişləriniz ilk addımlarını atan körpə büdrəyişləri olsun. Sınacaqsınız. Qoy bu, qorxudan yox, sevgidən qaynaqlansın. Vurulacaqsınız. Diləyirəm vurulduğunuzu eşidəndə kim tərəfindən yox, sadəcə kimə və nəyə sualı səslənsin. Batacaqsınız. Batanda səhər şehinə batın. Satacaqlar. Sizi satmasınlar, sizə satsınlar. Özü də ancaq naz... Bu, əziz dostlarıma bayram təbrikimdir, bir az orijinal, bir az nataraz!




Teqlər:  





Xəbər lenti