Şamaxıda yük maşını aşıb

Şamaxıda yük maşını aşıb
  20 Mart 2016    Oxunub:2233
Bakı-Qazax yolunun 134-cü kilometrliyində, Şamaxı rayonu ərazisində “MERCEDES” markalı yük avtomobili idarəetməni itirərək aşıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobildə olan 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

FHN-nin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:20-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti