Zəncirvari qəza - 3 nəfər yaralanıb

“Azsamand” marakalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Mercedes” markalı minik avtomobilinin yoluna çıxıb. Bir-biri ilə toqquşan hər iki maşın güclü zərbənin təsirindən yolda hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobilinə çırpılmaqla dərəyə yuvarlanıblar. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 1969-cu il təvəllüdlü Cəmilə Allahverdiyeva, 1979-cu il təvəllüdlü Oqtay Əliyev və 1978-ci il təvəllüdlü Zaur Əliyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Qəza zamanı həmçinin hər dörd avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
AzVision.az