Bakıda 6 mərtəbəli binada yanğın olub

Bakıda 6 mərtəbəli binada yanğın olub
  22 Mart 2016    Oxunub:2650
Fövqəladə Hallar Nazirliyi (FHN) Xətai rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m olan 6 mərtəbəli binanın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 230 kv.m sahədə, 1-ci mərtəbədən 6-cı mərtəbəyə qədər pilləkən qəfəsi, mərtəbələrdə olan xolların divarlarına vurulmuş taxta üzlüklər 340 kv.m sahədə və mansard hissəsi 40 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti