Lənkəranda maşın piyadaları vurdu: 3 ölü, 2 yaralı

Lənkəranda maşın piyadaları vurdu: 3 ölü, 2 yaralı
  24 Mart 2016    Oxunub:2085
Lənkəranda ağır yol qəzasında 3 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı bildirilir.
Hadisə Lənkəran-Boradigah şosse yolunun Lənkəran şəhəri ərazisində, Ləvəngi dairəsinə yaxın ərazidə baş verib.

Şahidlərin sözlərinə görə, Lənkəran istiqamətində yüksək sürətlə hərəkətdə olan "VAZ-21099" markalı, 10GJ472 dövlət qeydiyyat nişanlı avtomaşın çayxanadan çıxan piyadaları vurub. İdarəetməni itirən avtomaşın yoldan çıxaraq şam ağaclarına çırpılıb. Nəticədə, sürücü də daxil olmaqla 3 nəfərin öldüyü, 2 nəfərinsə vəziyyətinin ağır olduğu bildirilir.

Ölən və yaralananlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Meyitlər aidiyyati üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Piyadaların Lənkəran şəhər sakinləri, sürücününsə Astara rayon sakini olduğu söylənilir. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Lənkəranda baş verən qəzada ölən vətəndaşların adları məlum olub.

"Report"un məlumatına görə, hadisə yerində ölənlər: 1979-cu il təvəllüdlü İsmaylov İmran, 1995-ci il təvəllüdlü Cəbrayilov Əli və 1988-ci il təvəllüdlü Hüseynov Elvindir.

Yaralılar: 1991-ci il təvəllüdlü Əliyev Səbuhi və 1987 təvəllüdlü Həsənov Kənandır.

AzVision.az


Teqlər:  





Xəbər lenti