Abşeronda ev yanıb

Abşeronda ev yanıb
  26 Mart 2016    Oxunub:1917
Bakının Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti