Azərbaycanda qadın polis mayoru qəzada öldü

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1958-ci il təvəllüdlü Məlahət Mirzəağa qızı Mehdiyeva vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən M.Mehdiyevanın cəsədi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:55-də başa çatıb.
Qeyd edək ki, Məlahət Mirzəağa qızı Mehdiyeva Neftçala rayon polis şöbəsinin müstəntiqi, polis mayorudur.
AzVision.az