Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  26 Mart 2016    Oxunub:2115
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən məlumata görə, sabah gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.

Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda isə gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda isə gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti