Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi - FOTOLAR

Sərxoş sürücü Bakının mərkəzində qəza törətdi - FOTOLAR
  27 Mart 2016    Oxunub:2097
Paytaxtın Parlament prospektində ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan “Honda” markalı avtomobil idarəetməni itirərək Şəhidlər Xiyabanının qarşısında olan dairəyə çırpılıb.

Zərbənin gücündən avtomobil dairənin üstündən keçərək yolun kənarında olan iki avtomobili əzib. Daha sonra Şəhidlər Xiyabanının qarşısında olan səkini dağıdaraq qazonun üzərinə çıxaraq dayanıb.

Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Məlum olub ki, “Honda” markalı avtomobilinin sürücüsü sərxoşdur.







AzVision.az


Teqlər:  





Xəbər lenti