Nazirliyin əmlakını oğrulayan tutuldu
İstintaqla müəyyən edilib ki, A.Əliyev Binəqədi rayonunun eyniadlı qəsəbəsində mart ayında ayrı-ayrı vaxtlarda ümumilikdə 525 metr telefon kabellərini dirəklərdən kəsib yaşadığı evin həyətinə gətirib. Sonra həmin kabelləri yaşadığı evin həyətyanı sahəsində yandırıb içərisində olan əlvan metalı çıxararaq Binəqədi rayonunda yerləşən “Elite Yatırım” MMC-nin nəzdində fəaliyyət göstərən Faiq Rəhimova məxsus əlvan metal qəbulu məntəqəsinə və “Bakı Mis İstehsalı” MMC-nin Xirdalan qəsəbəsində yerləşən məntəqənin işçisi Qorxmaz Davudova satıb.
A.Əliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 110 metr optik tipli kabel aşkar edilərək götürülüb.
Həmin şəxslər iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə A.Əliyevə Cinayət Məcəlləsinin 177.3.2-ci, F.Rəhimov və Q.Davudova isə həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə ittiham elan edilmiş və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: