10 min dolları 3 minə satarkən tutuldu
Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 10000 saxta ABŞ dollarını 3000 dollara satmaq istəyən zaman cinayət başında yaxalanıblar. Saxlanılan şəxslər ifadələri zamanı saxta pul əskinaslarını xarici dövlətlərdən birində əldə etdikdən sonra ölkəmizə gətirdiklərini bildiriblər.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən xarici valyutanın müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əskinaslarından çətinliklə seçilir.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
AzVision.az