Xalq şairinin ikinci ayağı da amputasiya olunacaq

Xalq şairinin ikinci ayağı da amputasiya olunacaq
  31 Mart 2016    Oxunub:3901
Azərbaycanın xalq şairi Söhrab Tahirin bir ayağı amputasiya olunub.
Bu barədə AzVision.az-a şairin oğlu Tahir Tahiri məlumat verib. O bildirib ki, yaxın bir neçə gün ərzində Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq.

“Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayaq barmaqlarında olan qanqrena bir həftə ərzində dizə qədər yayılmışdır. Ona görə də həkimlər onun ayağını kəsmək məcburiyyətində qaldılar. Hazırda durumu pis deyil. Reanimasiyada həkim nəzarətindədir. Bir neçə gündən sonra digər ayağı da dizdən yuxarı amputasiya olunacaq”.

Oğlunun sözlərinə görə, Söhrab Tahir bu yaxınlarda infarkt da keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti