Ağstafada ata 6 yaşlı oğlunu öldürdü

Ağstafada ata 6 yaşlı oğlunu öldürdü
  01 Aprel 2016    Oxunub:1644
Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.
Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub. Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər. Anası və nənəsi uşağın atası Famil tərəfindən döyülərək öldürüldüyünü bildiriblər.

Dərhal Polis Şöbəsinə məlumat verilib.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (Apa)


Teqlər:





Xəbər lenti