Prezident məşhur şirkətin vitse-sədri ilə görüşdü
O, “General Electric”-in fəaliyyəti, Azərbaycanda gördüyü işlər barədə məlumat verdi, təmsil etdiyi şirkətin ölkəmizdə bir sıra layihələrdə iştirakından məmnunluğunu bildirdi. Con Rays “General Electric” şirkətinin ölkəmizin neft-qaz kəmərləri sistemində iştirak etdiyini, həmçinin dənizdə neft hasilatı sahəsində əməkdaşlıq qurduqlarını vurğuladı. O, şirkətin dünyada neftin nəqli, qaz turbinlərinin və elektrik enerjisi istehsal edən avadanlıqların quraşdırılması, həmçinin aviasiya və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərdiyini, müasir texnologiyaların tətbiqinə sərmayələr qoyduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev “General Electric” şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
AzVision.az