Gənclərə soyqırımından danışılıb

Gənclərə soyqırımından danışılıb
  02 Aprel 2016    Oxunub:1782
“Azərbaycan Şah Cəmiyyəti” və Samux Rayon Heydər Əliyev Mərkəzininnin təşəbbüsü ilə gənclər üçün 31 mart soyqırımına həsr olunan "Tarixin bir günü" adlı tədbir keçirilib.

Tədbirdə “Azərbaycan Şah Cəmiyyəti”nin Samux rayonunun nümayəndələri, müəllimlər və gənclər iştirak ediblər.
Öncə 31 mart Azərbaycanlıların Soyqırımına həsr olunmuş video nümayiş olunub. Sonra isə tarixən bu günə qədər azərbaycanlıların başına gətirilmiş faciələr haqqında və mənfur ermənilərin vəhşiliklər haqqında müzakirə aparılıb.

Müzakirələrdə gənc nəslin ermənilər tərəfindən törədilmiş vəhşiliklərə münasibəti çox maraqlı olub.

Tədbirdə bildirilib ki, bir daha belə soyqırımların baş verməməsi üçün gənc nəslin üzərinə böyük vəzifələr düşür. Necə ki, Prezident İlham Əliyev “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”,- deyə qeyd edib.

Bu gün torpaqlarımızın bütövlüyü uğurunda hər kəsin, əsasən də gənc nəslin üzərinə böyük öhdəliklər düşür.


Teqlər:





Xəbər lenti