Şəhid əsgərin son statusu: `Canımdan keçməyə hazıram`
O, ötən ilin avqustunda paylaşdığı statusda torpaqlarımızı azad etmək üçün canından keçməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Cəbhə xəttində gedən ağır döyüşlərdə şəhid olan Azərbaycanlı hərbçilərin bir neçəsinin kimliyi məlum olub.
Düşmən təxribatı zamanı mayorlar Urfan Vəlizadə və Təbriz Mustafazadə, baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər İlkin Məmmədov, Rəvan Nurayev, Samir Qaçayev, Ruhin Qəhrəmanov şəhid olub.
Allah rəhmət eləsin!
AzVision.az