Ermənilər iki mülki şəxsi yaraladı - biri uşaqdır

Ermənilər iki mülki şəxsi yaraladı - biri uşaqdır
  03 Aprel 2016    Oxunub:4228
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb.
AzVision.az ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.

Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti