Bakıda ata qızını polisə verib

Bakıda ata qızını polisə verib
  03 Aprel 2016    Oxunub:2901
Bakıda ata ondan icazəsiz lombarda qızıl qoyaraq borc pul götürən qızından polisə şikayət edib.
AzVision.az xəbər verir ki, lent.az-ın məlumatına görə, Xətai rayon sakini, 64 yaşlı Firudin Həsənov (ad və soyad şərtidir) müraciətində bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 24 yaşlı Nazlı Həsənova kimsəyə bildirmədən evdən 3 min manatlıq qızıl-zinət əşyalarını lombarda qoyaraq borc pul alıb.

Ata qızı barəsində qanun çərçivəsində tədbir görülməsini xahiş edib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti