Üçrəngli bayrağımız şəhid atasına verildi

Üçrəngli bayrağımız şəhid atasına verildi
  04 Aprel 2016    Oxunub:2273
Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 20 yaşlı Nurəddin Etimad oğlu Mirzəyev bu gün doğulduğu Yardımlı rayonunun Honuba kəndində son mənzilə yola salınıb.
AzVision.az AzərTAC-a istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər mərhumun ailə üzvləri və yaxınlarına dərin hüznlə baş sağlığı verib, Nurəddin Mirzəyevin keçdiyi döyüş yolundan danışıblar.

Diqqətə çatdırılıb ki, vətən yolunda canından keçən Azərbaycan övladlarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Dəfn mərasimində Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.





AzVision.az


Teqlər:  





Xəbər lenti