Bakıda binada yanğın: 7 nəfər zəhərlənib

Bakıda binada yanğın: 7 nəfər zəhərlənib
  05 Aprel 2016    Oxunub:3547
Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyatı üzrə təhvil verilib və 4 nəfər binadan təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti